EN

Zaur Kamalın aparıcı oğlundan atmaca: Bəzi “ağıllı” kəslər... FOTO

ain.az, Olke.az saytına istinadən bildirir.

Atası Zaur Kamalla birlikdə "Həmin Zaur" verilişində aparıcılıq edən Bartu Kamal paylaşımı ilə diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, Bartu hərbi xidmətə getmədiyinə görə onu tənqid edənlərə cavab verib.

“Bəzi “ağıllı” kəslərin diqqətinə çatdırıram ki, 18-19 yaşın tamam olması mütləq həmin an hərbi xidmətə yollanmaq demək deyil. Mən ali təhsil almaq hüququmdan istifadə edərək universitetə qəbul olmuşam. Təhsilimi uğurla başa vurduqdan sonra vətən qarşısındakı borcumu da yerinə yetirəcəyəm. Bir az geniş düşünməyi öyrənin; ali savad hər bir gənc üçün vacibdir. Narahat olmayın, hər şeyin öz vaxtı var. 

Boşuna deməyiblər ki, oğru elə bilir hamı oğrudur, savadsız da elə bilir hamı savadsızdır. İnsan özündə nə çatışmırsa, başqasını da o tərəzidə çəkir. Mənim hədəflərim və təhsilim sizin dar düşüncənizə sığmırsa, bu artıq sizin probleminizdir”, - deyə o yazıb.

Qeyd edək ki, Bartu Kamal Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alır. 

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
9
olke.az

10Sources