Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.
Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə bağlı olduğu bildirilən “Gəmiqaya Holdinq”lə əlaqəsi olduğu iddia olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.