EN

Əli Əsədov hökumətin əsas vəzifəsini AÇIQLADI 2032 ci ilə qədər...

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Hazırda Hökumətin əsas vəzifəsi enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirmək və enerji sistemimizi gücləndirməkdir”. Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.Baş nazir bildirib ki, mövcud planlara görə, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik:"Bərpa olunan enerji sahəsində böyük potensialımızın reallaşdırılması məqsədilə dünyanın aparıcı ölkələrinin şirkətləri ilə səmərəli əməkdaşlıq qurulub".Bundan başqa o, ötən il ərzində ixrac boru kəmərləri vasitəsilə ümumilikdə 25,2 mlrd. kubmetr qaz ixrac edildiyini qeyd edib:"Avropa bazarı ilə yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq inkişaf etdirilmiş və ilk dəfə olaraq Azərbaycan qazının Suriyaya tədarükünə başlanılıb. Ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlib.Hazırda bu ölkələrin sayı 16-ya çatıb. Belə ki, Avropanın daha iki ölkəsinə – Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb".Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
3
bizim.media

6Sources