EN

Elmar Baxşıyev: “Sabah” psixoloji cəhətdən üstün görünür”

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Çempionatın sonu yaxınlaşdıqca hər bir oyun və hər bir detal hər iki komandaya ciddi təsir göstərə bilər. Sarı və qırmızı kartlar, cəzalı və zədəli futbolçular bu mərhələdə böyük rol oynayır”.

Bunu “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasında mövsümün sonuna 10 tur qalmış “Sabah” və “Qarabağ”ın çempionluq şansını dəyərləndirib.“Hazırkı vəziyyətdə “Sabah” psixoloji cəhətdən üstün görünür. Üç xallıq sistemdə xal fərqinin tez bağlanması ehtimalı da var. Əgər bu tempi mövsümün sonuna qədər qoruya bilsələr, istədiklərinə nail olacaqlar. Avrokuboklara yollanacaq iki komanda artıq bəllidir – “Sabah” və “Qarabağ”. Qalan iki yer uğrunda isə nəzəri cəhətdən beş komandanın şansı davam edir”, - deyə o, sport24.az-a açıqlamasında deyib.Qeyd edək ki, hazırda turnir cədvəlinə 56 xalla “Sabah” başçılıq edir. Liderdən yeddi xal az toplayan “Qarabağ” ikinci pillədədir. Qurban Qurbanovun komandası bir oyun az keçirib. Aktivində 44 xal olan “Turan Tovuz” isə ilk “üçlüy”ü tamamlayır.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
icma.az

2Sources