EN

Cavan qızları çağır dedi, sonra şişlə hücum etdi Türkiyədən qovublarmış

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1995-ci il təvəllüdlü Sərvan həmyerlisi Süsənə(adlar şərti verilib – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, 2024-cü ilin yanvarın 16-da Şərur şəhər ərazisində yerləşən “Karvan” restoranında spirtli içki qəbul edib və oradan çıxdıqdan sonra yolda olan zaman heç bir səbəb olmadan kimisə döymək istəyib.Bu istəyini həyata keçirmək üçün Şərur rayonun kəndi ərazisində Süsənin yaşadığı evinə daxil olub. Onu divara sıxışdıraraq baş nahiyəsindən yumruqla bir neçə zərbə vurub. Bu zaman Süsənin qızı digər otaqdan gələrək odun sobasının yanında yerdə olan odun parçasını götürüb və onu vurmaq istəyib. Həmin vaxt Sərvan qızın əlindən odun parçasını alaraq onu itələyib. Daha sonra Süsən Sərvanın əlindən çıxaraq qonşusu Baharın yaşadığı evə gedib. Sərvan da evdən çıxaraq həyətdən şiş götürüb və Süsənin arxasınca gedib. Qonşu evə daxil olduqdan sonra Süsənə kömək etmək istəyən Bahara əlindəki şişlə başının arxa nahiyəsinə vurub, daha sonra öz cinayətkar niyyətini davam etdirərək əlindəki şişlə Süsənə ağır dərəcəli bədən xəsarəti yetirib. Sərvanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Türkiyədə yaşayıb, təxminən məlum hadisədən bir ay əvvəl Şərura gəlib, nənəsigildə qalıb:“Süsən nənəmgilin qonşusu olub. Nənəmgilin küçə qapısının onların evlərinin arxa pəncərəsinə baxıb. Evlər arasındakı məsafə 40-60 metr olub. Mən Azərbaycanda yaşamamışam, Süsənlə heç bir ədavətim və düşmənçiliyi olmayıb”.Təqsirləndirilən şəxs qeyd edib ki, kənddə Nəriman və Süsənin siqaret, araq satdığını eşidib:“Mən şəxsən özüm araq almasam da, amma satdıqlarını bilmişəm. Hətta Nərimandan siqaret almışam. Həmin günü cibimdə 3 manat pul olduğunu qeyd etdim. Bəlkə də araq almaq niyyəti ilə Süsənin evinə getdim. Süsənin uşaqları araq zavodunda işlədiyi üçün onu araq və siqaret satan kimi tanımışam. Onların həyətlərinə ən son uşaq vaxtı getmişəm. Evlərinə heç bir səbəb olmadan daxil olmuşam. Süsənin yanında başqa birinin qaldığını bilməmişəm. Mənim onun evinə hər hansi cinsi və ya erotik bir hadisə məqsədi ilə girməmişəm. Naxçıvan gələn müddətdə Süsənlə heç qarşılaşmamışam. Onun ailə üzvlərindən oğlu Səlimi tanımışam”.Təqsirləndirilən şəxs deyib ki, hadisə günü rayona siqaret almağa gedib:“Daha sonra “Karvan” restorana gedərək 8 bakal pivə içdim. Taksi sürücüsü Kamal ilə gələrək kənd meydanında düşdüm. Kənd meydanı ilə Süsənin evinin arasında təxminən 150 metr məsafə olub Darvazadan həyətə keçəndə Süsəni çağırdım. O, da qapıya çıxdı. Evin ünvanı yadımda olsa da, hadisə yerində məni döydükləri üçün heç nəyi xatırlamamışam. İş materiallarında arvada sataşmaq niyyəti ilə ora girməyim barədə yazılanlarla razı deyiləm. Kefli olduğum üçün niyə Süsənin evinə getdiyimi bilməmişəm. Hadisə ilə bağlı heç nəyi xatırlamamışam. Amma Süsən kabab şişi ilə məni vurub. Nəriman da məni vurub. Amma niyə vurduğunu xatırlamamışam”.Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirib ki, siqaretin içinə doldurmaqla “Bonzayi” narkotik vasitəsindən istifadə edib:“İndiyə kimi kiməsə xəsarət yetirməklə bağlı tutulmamışam. Türkiyədə yaşayanda qonşularım evdə səs-küy etdiyimizə görə bizi döyüb. Türkiyə Respublikasında olduğum zaman narkotikdən və oğurluqdan tutulmuşam. Narkotikdən il yarımdan çoxdur ki, istifadə etməmişəm. Psixologiyamın durduq yerdə niyə belə pozulduğunu bilməmişəm. 2014-cü ildə Türkiyədə narkotikdən istifadə etdiyim üçün pulum olmadığından oğurluq etmişəm. Buna görə tutulmuşam. Sonuncu dəfə narkotikdən tutulduqdan sonra isə məni Naxçıvana deportasiya ediblər”.Zərərçəkmiş Süsən ifadəsində göstərib ki, hadisə günü təxminən saat 15:20-də evdə axşama xörək bişirib, qızı qonşuya getdiyinə görə evdə tək olub:“Televizora baxanda qapının döyüldüyünü eşitdim. Qapını döyənin oğlum olduğunu düşündüm, deyinə-deyinə gedərək  qapını açdım. Uca oğlanın qapıda durduğunu gördüm. Həmin oğlanı tanımamışam. O, da baxaraq dedi ki, sən məni tanımadın?. Mən də tanımadığımı söyləyəndə Əmirin oğlu Sərvan olduğunu bildirdi. Qapıda məni əli ilə itələyərək içəriyə keçdi, divanın üstündə oturaraq  danışmağa başladı. Bildirdi ki, kənddə ona narkoman, gic, dəli, oğru deyirlər. Mən də ona “bala sənə kim o sözləri deyirsə, özü elə olsun, sənə nə olub, gül kimi oğlansan” – dedim, ona çay təklif etdim. Sərvan isə içməyəcəyini deyərək bu təklifimi rədd etdi. Bu zaman Sərvan dedi ki, gəl, otur divanda, Cavan qızları çağır, gəlsin. Belə deyəndən sonra ev telefonu ilə oğluma zəng vurmağa getdim. Bu zaman telefona əl vurduğum halda məni öldürməklə hədələdi. Evdə qışda odun sobası yandırdırmışıq. Həmin sobanın yanında oturub qoz qırdığım, hər dəfə çölə çıxmamaq üçün odunu vannaya dolduraraq sobanın yanına qoyduğumu söylədim. Sərvan evdən getsin deyə otaqdakı sobaya odun atmağa getdim. O, da arxamca otağa gəldi. Həmin vaxt qızım da evə gəldi. Sərvan qolumdan tutanda qızım qışqırdı. Qolumu buraxmadığını görəndə əlini dişlədim. Məni buraxandan sonra odun götürdüm. Sonra otağın pəncərəsindən Sərvanın nənəsi Həqiqəti çağırdım ki, gələrək nəvəsini aparsın. Küçə qapımız bağlı olduğunu gördüm, mətbəxin pəncərəsindən çıxmaq istəyəndə ev iki mərtəbəli olduğu üçün düşsəm qolumun, ayağımın qırılacağını düşünərək etmədim”. Süsənin sözlərinə görə, daha sonra balkondan həyətə çıxıb: “Sərvan da arxamca gələrək pilləkəndə əlindəki yoğun ağacla iki dəfə başıma vuraraq yardı. Ona dedim ki, bala eybi yox, vurdun, başımı yardın, çıx get, gələrək səni həyətdə görməsinlər. Amma o, məni dinləmədi, 4 dəfə ağacla başıma vurdu. Sərvan məni vurandan sonra əlində ki, ağac qırıldı, qızımı döymək üçün yenidən evə girdi. Mən həmin vaxt telefonla zəng edərək kömək çağırmaq üçün qonşum Baharın evinə getdim. Qonşunun həyətinə girəndə Sərvanda arxamca gəldi. O, arxamca gələn zaman eyvandakı çörək şkafından kabab şişini də götürmüşdü. Şişlə başımdan vuranda qan süzdü, ikinci dəfə üzümdən vurdu. Həmin vaxt burnumdan qan açıldı. Qonşunun evini qan götürdü. Mən gizlənmək üçün stolun altına girdim, təpiklə qolumdan zərbə vurdu. Qolumu həm Naxçıvanda, həmdə Bakıda iki dəfə gipsə saldılar. Qolumdan bir ay göy izləri getmədi. Sərvan məni döyəndən sonra telefonla kiməsə zəng etdi, yaşlı qadını döymüşəm, gələrək aparın dedi. Onun niyə belə etdiyini bilməmişəm. Ölsəm də onu bağışlamayacam. Evə gəlməkdə məqsədinin araq almaq olduğunu dedi. Ona araq satmadığımı, qızımın da 3 ildir ki, araq zavodundan işdən çıxdığını söylədim”.Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərvan 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilib. Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə az ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddə üzrə cəza təyin edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş edib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə şikayət təmin edilməyib. Bundan sonra müdafiəçi eyni tələblə kasasiya şikayəti verib. Bu şikayətə Ali Məhkəmədə baxılıb. 

Məhkum müdafiəçi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməyib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
56
demokrat.az

1Sources