EN

İraqda ABŞ təyyarəsinin necə qəzaya uğradığı açıqlanıb

ABŞ-yə məxsus yanacaq dolduran təyyarənin İraqda qəzaya uğramasının səbəbi ilə bağlı yeni versiya açıqlanıb.

BAKU.WS-in məlumatına görə, hərbi ekspertlər hesab edir ki, hadisə İran tərəfinin raket hücumları nəticəsində yaranan manevr zamanı baş verə bilər.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hərbi əməliyyat zamanı "KC-135 Stratotanker" tipli yanacaq dolduran təyyarənin itirildiyini bildirib. Təyyarə İraqın qərbində qəzaya uğrayıb, eyni vaxtda havada olan digər təyyarə isə təhlükəsiz eniş edə bilib.

Rusiyalı hərbi pilot, general-mayor Vladimir Popovun sözlərinə görə, hava hücumundan müdafiə raketləri təyyarələri kəskin manevr etməyə məcbur etmiş ola bilər. Pilotlar raket təhlükəsini gördükdə zərbədən yayınmaq üçün qəfil istiqamət dəyişir, yüksəlir və ya sürətlə aşağı enirlər.

Ekspert hesab edir ki, belə gərgin manevrlər zamanı iki təyyarənin toqquşması mümkündür. Onun fikrincə, raketlər təyyarələri birbaşa vurmasa da, havada qarışıqlıq yaradaraq qəza vəziyyətinə səbəb ola bilər.

Qeyd olunur ki, hadisə nəticəsində bir təyyarə idarəetməni itirərək qəzaya uğrayıb, digəri isə aerodroma enə bilib. ABŞ Silahlı Qüvvələrinin məlumatına görə, qəza nəticəsində təyyarədə olan 4 nəfər həlak olub.

Chosen
26
1
far.az

2Sources