EN

Vəkil Əkrəm Həsənov: “Sağlam məntiqlə bu cəza uşağın qəyyumuna və ya himayəçisinə götürən şəxslərə də aid edilməlidir”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək. Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Valideyni vəfat etmiş uşaqlar qohum və ya nənə baba himayəsində olarkən bu cəza onlara da tətbiq ediləcəkmi?Bu cərimənin tətbiqi bağça və "özəl" uşaqların reabilitasiya mərkəzləri üçün də keçərli olacaqmı?

Vəkil Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qanunu görmədən fikir bildirmək çətindir: “Yəni qanun layihəsini Milli Məclis əvvəlcədən dərc etmir ki, oxuyaq və bilək. Əgər qanunda birbaşa müəllim və valideyn yazılıbsa, deməli bu, uşağın qəyyumuna və ya himayəçisinə götürən şəxslərə aid deyil. Amma sağlam məntiqlə onlara da aid olmalıdır. Yəqin ki, qanunda bu məsələ konkretləşdirilib. Eyni şəkildə, bu məsələ reabilitasiya mərkəzlərinə də aid olmalıdır. Bu isə qanunda terminlərin necə ifadə olunmasından asılıdır.”

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
bizimyol.info

1Sources