EN

Premyer Liqada ayın futbolçusu açıqlandı

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, bu ada “Mançester Siti”nin yarımmüdafiəçisi Antuan Semanyo layiq görülüb.

26 yaşlı futbolçu fevral ayında Premyer Liqada keçirdiyi 5 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Semanyo cari mövsümdə isə bütün turnirlərdə 28 matçda meydana çıxaraq 15 qol və 4 assistə imza atıb. O, daha əvvəl “Bornmut” klubunun formasını geyinib.

Chosen
24
idmanxeber.az

1Sources