Ayna saytına istinadən ain.az xəbər verir.
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti 4.7 faiz artıb
İnsanları ən çox narahat edən məsələlərdən biri də ərzaq məhsullarının qiymətinin yüksək olmasıdır. AYNA.AZ-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətinin 4.7 faiz artması qeyd edilib.
Bildirilib ki, bununla belə pərakəndə satış nöqtələrində qiymətlərin artması, habelə hansı ərzaq məhsulu ilə əhalinin hansı həcmdə yerli istehsal hesabına təmin edilməsi barədə məlumat əks olunmayıb.
2024-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcədən 362.5 milyon manat subsidiya ayrılmış, 50.6 min manat güzəştli kreditlər verilmiş, kənd təsərrüfatı texnikası alınması üçün 80.8 milyon manat, damazlıq heyvan alışı üçün 1.4 milyon manat güzəştli vəsait ayrılıb. Bu istiqamətdə böyük həcmdə vəsaitin ayrılmasına baxmayaraq, qarşılığında ərzaq məhsullarının ölkəmizə idxalının son illərdə davamlı olaraq artması müşahidə edilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.