EN

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

Bakı.Trend:

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclasıkeçirilib. İclasda Komissiyaya daxil olmuş 33 müraciətə baxılaraqmüvafiq qərarlar qəbul edilib.

Bu barədə Trend-ə İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyindən (İKTA) məlumat verilib.

Bildirilib ki, bunlardan 10-u radiorabitənin təşkili məqsədiləistifadə olunan radiostansiyalar, 4-ü gəmilərdə istifadə edilənradio avadanlıqlar, 6-sı GNSS (Qlobal Naviqasiya Peyk Sistemi)məlumatlarının ötürülməsi, 3-ü simsiz giriş şəbəkələri (Wi-Fisimsiz texnologiya (5 QHs)), 1-i mobil rabitə üçün (Radiorelexətləri) radiotezliklərin ayrılması və 3-ü yenidən rəsmiləşdirməilə bağlı olub.

Komissiya üzvləri radiotezliklərin ayrılması ilə əlaqədar 33müraciətin hamısını müsbət cavablandırıb və müvafiq icazələrverib.

Bundan başqa, Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiqqərarları ilə ümumilikdə 54 ədəd tezlik resursu (radiotezliknominalı) dövlət resursu kimi geri alınıb.

Onlardan 38-i əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazəverilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraqkönüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələrhaqqında” Qanuna uyğun olaraq imtina edən tezlik istifadəçisi iləbağlı olub.

Eyni zamanda 6 radiotezliyin “Telekommunikasiya haqqında” Qanunauyğun olaraq radiotezliklərin ayrılması haqqında qərar alındıqdansonra 1 ay müddətində Dövlət Radiotezliklər İdarəsi iləradiotezliklərdən istifadəyə dair müqavilə bağlamayan istifadəçidəngeri alınması ilə bağlı qərar qəbul olunub.

Habelə radiotezliklərdən 4-nün “Telekommunikasiya haqqında”Qanuna uyğun olaraq, radiotezliklərdən istifadəyə dair bağlanılmışmüqavilədəki öhdəlikləri yerinə yetirməyən, o cümlədən tezliknominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişləritam aparmayan və ayrılmış radiotezlikləri 3 ay müddətində istifadəetməyən tezlik istifadəçilərindən alınması qərara alınıb.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2007-ci il 1fevral tarixli 22 nömrəli qərarı ilə təsdiqlənmiş “Radiotezliklərinayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunmasıqaydaları”na əsasən, respublika ərazisində istehsal edilən,modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulanradioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılmasıməqsədilə hüquqi və fiziki şəxslər yazılı formada Komissiyayamüraciət etməlidirlər.

Əsasnaməsinə uyğun olaraq Dövlət Komissiyası nəzdində yaradılanvə daimi fəaliyyət göstərən Katibliyin funksiyalarını Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyi bilavasitə və tabeli qurumlarıvasitəsilə həyata keçirir. Katiblik Dövlət Komissiyası iclaslarıilə bağlı təşkilati məsələlərin həlli, mülki məqsədlər üçünradiotezliklərin ayrılmasına dair müraciətlər üzrə araşdırmaaparılması, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərinhazırlanması, iclasların təşkili, nəticələrininprotokollaşdırılması və kargüzarlıq işlərini icra edir.

Radiospektr idarəçiliyini həyata keçirən İnformasiyaKommunikasiya Texnologiyaları Agentliyi, eyni zamanda DövlətKomissiyası Katibliyinin vəzifələrini yerinə yetirir.

Chosen
36
7
az.trend.az

8Sources