Elçin Əfəndi açıqlayıb ki, universitetlər köçürülərkən, yol infrastrukturuna təsir edənlər birinci plana keçəcək. Həmçinin, Bakının mərkəz ərazilərində yerləşən universitetlər bura daxil ediləcək. Universitet köçürülərkən, digər şəhərin ərazisi də dəqiqləşdiriləcək. Məsələn, Gəncə, Mingəçevir, Sumqayıt şəhərlərində universitet olsa da, o ərazilərə də köçürülmə olacaq. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Şamaxı şəhəri və ətraf istiqamətlərdə universitetlərin köçürülməsi üçün şəraitlər mövcuddur. Sonda ekspert deyib ki, Azərbaycanda tələbə sayının çoxluğu ilə seçilən universitetlər sırasında Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilklərdə yer alır.