EN

Hauptvaxtda saxlanılan hərbi qulluqçuların təminatları bərabərləşdirilə bilər

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hərbi qulluqçuların saxlanma şəraiti ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur. Təklifə əsasən, intizam qaydasında həbs edilmiş və hauptvaxtda saxlanılan əsgər (matros) və çavuşların yataq və digər təminatları, eləcə də hüquqları digər kateqoriyadan olan hərbi qulluqçular üçün nəzərdə tutulmuş təminatlarla bərabərləşdirilə bilər.

Gununsesi.info xəbər verir ki, dəyişikliyə görə, hauptvaxtda saxlanılan əsgər və çavuşların təminatları və hüquqları, hauptvaxtda saxlanılan zabitlər, gizirlər (miçmanlar), həmçinin cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular üçün nəzərdə tutulan təminatlar və hüquqlarla eyni səviyyədə müəyyən ediləcək.

Təklif olunan dəyişiklik hərbi qulluqçuların saxlanma şəraitində bərabərlik prinsipinin təmin edilməsinə və onların hüquqlarının daha dolğun qorunmasına xidmət edir.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
icma.az

1Sources