Bakı. Trend:
Orta Dəhliz Asiya ilə Avropa arasında ən praktik və etibarlımarşrutlardan birinə çevrilir.
Trend xəbər verirki, bunu Tacikistanın keçmiş xarici işlər naziri Rəşid Alimov“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradanqaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumundaçıxışı zamanı deyib.
“Orta Asiya ölkələri regionda irəli sürülən təşəbbüsləri vəinkişafı hər zaman dəstəkləyir. Məlum olduğu kimi, Çinin “Birkəmər, bir yol” təşəbbüsü çərçivəsində əhəmiyyətli irəliləyiş əldəolunub. Son onillikdə bu təşəbbüs regionun infrastrukturununmüasirləşdirilməsində və tranzit potensialının genişləndirilməsindəmühüm rol oynayıb. Eyni zamanda Orta Dəhlizin inkişafı xüsusiəhəmiyyət qazanıb”, – deyə o bildirib.
R.Alimov qeyd edib ki, Orta Dəhliz Orta Asiya və Xəzərvasitəsilə Asiya ilə Avropa arasında ən praktik və etibarlımarşrutlardan birinə çevrilir.
“Biz Avropa İttifaqının "Global Gateway" təşəbbüsünü böyükmaraqla izləyirik. Bu təşəbbüsün mövcud infrastrukturutamamlayacaını, dayanıqlılığı gücləndirəcəyini və nəqliyyatıninkişafına yeni təkan verəcəyini gözləyirik”, – deyə o qeydedib.
Diplomat eyni zamanda son illərdə Orta Asiyada ciddidəyişikliklərin baş verdiyini diqqətə çatdırıb. Dəmir yollarımodernləşdirilib, yeni beynəlxalq avtomobil yolları tikilib,nəqliyyat və logistika mərkəzləri yaradılıb.