EN

Bu universitetləri yalnız kişilər idarə edir - FOTO

Ölkənin nüfuzlu ali təhsil müəssisələrindən biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir.

ADNSU-ya 46 yaşlı professor Rüfət Əzizov rəhbərlik edir. O, 13 sentyabr 2023-cü ildən 3 fevral 2025-ci ilə kimi Sumqayıt Dövlət Universitetinin rektoru işləyib.

Rüfət Əzizov ötən il fevralın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

ADNSU-da tədris məsələləri üzrə prorektor vəzifəsində Rza Məmmədov çalışır. O, Sumqayıt Dövlət Universitetində Rüfət Əzizovun müsaviri olub. 37 yaşı var.

Fotoda: ADNSU-nun rektoru Rüfət Əzizov

Rüfət Əzizovun müavinlərindən biri də Elnur İsmayılovdur. O, ümumi işlər üzrə prorektor postunu tutur.

ADNSU-da strateji məsələlər üzrə prorektor vəzifəsi də var. Bu postun sahibi Vazeh Əskərovdur.

Vazeh Əskərov elmi-pedaqoji fəaliyyətlə yanaşı, həm də siyasətlə məşğuldur. O, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin uzvüdür.

Elviz İsmayılov da unuversitetin rəhbərliyində təmsil olunur. O, elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsində işləyir.

Başqa rektor həmkarlarından fərqli olaraq, Rüfət Əzizovun müşaviri yoxdur.

Azərbaycanın ən qədim ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində də analoji vəziyyət hökm sürür.

BDU-ya fəlsəfə doktoru, dosent Elçin Babayev rəhbərlik edir. Elçin Babayevin 4 müavini var. Onların hamısı kişidir.

Fotoda: BDU-nun rektoru Elçin Babayev

BDU-da tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini Fərda İmanov tutur.

Elm və innovasiyalar üzrə prorektor isə Hüseyn Məmmədovdur.

Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsində Əliş Ağamirzəyev çalışır.

Beynəlxalq əlaqələr üzrə prorektor postunda isə Şahin Pənahaov əyləşir.

107 yaşlı universitetdə dekanların da əksəriyyəti kişilərdir. Hazırda BDU-da 16 dekan fəaliyyət göstərir. Onların 13-ü kişi, 3-ü isə qadındır./ Metbuat.az

Chosen
7
2
musavat.com

3Sources