EN

Latviya Prezidenti Azərbaycana səfər edəcək (ÖZƏL)

Bakı. Trend:

Latviya Prezidenti Edqars Rinkeçivçs bu il, təqribən yazaylarında Azərbaycana səfər edəcək.

Bunu Latviyanın sabiq prezidenti Raymonds Veyonis "Keçiddövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması"mövzulu XIII Bakı Qlobal Forumu çərçivəsində Trend-ə açıqlamasındadeyib.

Onun sözlərinə görə, səfər hər hansı bir tədbirlə əlaqəliolmayacaq.

“Latviya Prezidenti ilə yanaşı, nazirlərin də Azərbaycanasəfərləri gözlənilir”, – deyə sabiq prezident əlavə edib.

Qlobal Bakı Forumundan danışan R.Veyonis bildirib ki, tədbirçərçivəsində müxtəlif məsələlər müzakirə olunur, çünki hazırdadünya mürəkkəb bir dövr yaşayır.

“Gündəliyə baxsaq, çoxlu problemlərin olduğunu görmək olar,bəzən onların həlli üçün açıq imkanlar da görünmür. Məhz buna görədə bu məsələləri müzakirə etmək və mürəkkəb vəziyyətlərdən çıxışyolları tapmağa çalışmaq vacibdir. Qlobal Bakı Forumu da bu prosesəöz töhfəsini verir”, – deyə o bildirib.

“Latviya Prezidentinin Azərbaycana səfəri ilə yanaşı, nazirlərində səfərləri gözlənilir”, – deyə sabiq prezident əlavə edib.

Chosen
12
4
az.trend.az

5Sources