EN

Şarl Mişel: Afrika ilə Avropa İttifaqı arasında münasibətlərin yenilənməsi vacibdir

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Biz Afrika ilə Avropa İttifaqı arasında münasibətlərin yenilənməsini və qarşılıqlı etimad üzərində qurulmasını vacib hesab edirik".

Oxu.Az xəbər verir ki, bu sözləri Avropa Şurasının fəxri prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumunda "Afrika - Bu gün və sabah" mövzusunda aparılan panel müzakirəsində deyib.

O bildirib ki, bununla yanaşı, müxtəlif sahələrə investisiya qoyuluşunu artırmağa çalışırlar:

"Xüsusilə özəl sektorun investisiyalarını maksimum səviyyədə artırmaq niyyətindəyik.

Hesab edirəm ki, hazırda Afrikada bank və maliyyə resurslarının artırılmasına ehtiyac var və biz gələcək rifahın təmin olunması üçün daha çox vəsaitin səfərbər olunmasına çalışırıq.

Bu səbəbdən mən 2030-cu il üçün nəzərdə tutulan razılaşmaları və təşəbbüsləri güclü şəkildə dəstəkləyirəm ki, Afrika daha azad iqtisadi imkanlara malik olsun, inkişaf məqsədlərini daha da irəli aparsın. Bu, eyni zamanda bazar imkanlarının genişlənməsi və bizneslərin inkişafı üçün böyük fürsətlər yarada bilər. Bu məsələlərdə və digər ölkələrlə əməkdaşlıq da vacibdir"

Şarl Mişel əlavə edib ki, regional təşkilatlar vasitəsilə regional inteqrasiya çox mühüm rol oynaya bilər:

"Avropada da belə bir proses baş verib. Avropa ölkələri illər ərzində iqtisadi inteqrasiya yaradaraq bu cür layihələri həyata keçirib və iqtisadi əməkdaşlığı inkişaf etdiriblər.

Bu cür əməkdaşlıq və inteqrasiya müxtəlif regionlarda qarşılıqlı maraqları gücləndirə, təhlükəsizliyi artıraraq ölkələr arasında daha sabit münasibətlərin formalaşmasına kömək edə bilər.

Əslində bu proseslər həm çətinliklər yaradır, həm də gələcək üçün böyük imkanlar təqdim edir. Uzun illər ərzində müxtəlif çətinliklərə baxmayaraq, bu kimi təşəbbüslər regionların inkişafında mühüm rol oynaya bilər".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
oxu.az

1Sources