"Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə 10kitab nəşr etdirib, həmin kitabların təqdimatını keçirib. Layihə üzrə işlər davam etdirilir". M. Məmmədova vurğulayıb ki, redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub. Baki-xeber.com-un məlumatına görə, bunu Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova martın 13-dəŞamaxı rayon Mədəniyyət Mərkəzində "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin III və IV cildlərinin təqdimat mərasimində deyib. Bu cilddə Vətən uğrunda şəhid olmuş şəxslər haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib. İradə SARIYEVA Şamaxı