EN

Azərbaycan regional sabitliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən aktordur – Sevinc Fətəliyeva

Bakı. Trend:

Müasir dünya dərin geosiyasi dəyişikliklər dövrünü yaşayır.Beynəlxalq münasibətlər sistemi tədricən transformasiya olunur:çoxqütblülük güclənir, yeni güc mərkəzləri formalaşır, regionaldövlətlərin və orta güclərin qlobal gündəliyinmüəyyənləşdirilməsində rolu artır. Eyni zamanda müxtəlifregionlarda siyasi gərginlik və münaqişələrin sayı artır, ənənəvibeynəlxalq institutların və vasitəçilik mexanizmlərinineffektivliyi isə getdikcə daha çox müzakirə mövzusuna çevrilir.Belə mürəkkəb şəraitdə balanslı və praqmatik xarici siyasətyürüdən, müxtəlif siyasi mərkəzlər arasında dialoq üçün platformayarada bilən dövlətlərin rolu xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalqmünasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü SevincFətəliyeva deyib.

Millət vəkili bildirib ki, məhz belə yanaşma Azərbaycantərəfindən uzun illərdir, ardıcıl şəkildə həyatakeçirilir:

“Müstəqillik illərində ölkəmiz milli maraqlara əsaslanan,beynəlxalq hüquqa hörmət və qarşılıqlı faydalı əməkdaşlıqprinsiplərinə söykənən xarici siyasət kursu formalaşdırıb.Azərbaycan həm Avropa dövlətləri və beynəlxalq təşkilatlarla, həmdə Asiya, Yaxın Şərq, Mərkəzi Asiya və türk dünyası ölkələri iləəlaqələrini inkişaf etdirərək çoxşaxəli diplomatiya modelini uğurlahəyata keçirir. Bu siyasət Azərbaycanın müxtəlif regionlar arasındamühüm əlaqələndirici rol oynamasına imkan yaradır”.

Deputat vurğulayıb ki, enerji siyasəti də ölkəmizinbeynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm roloynayır:

“Azərbaycan artıq uzun illərdir ki, enerji təhlükəsizliyisahəsində etibarlı tərəfdaş kimi tanınır. Xüsusilə Cənub QazDəhlizi Avropanın enerji təminatının şaxələndirilməsinə töhfə verənstrateji layihələrdən biri kimi qiymətləndirilir. Bununla yanaşı,beynəlxalq nəqliyyat və logistika layihələrinin inkişafıAzərbaycanın qlobal kommunikasiya sistemində rolunu daha daartırır. Şərq ilə Qərbi birləşdirən Orta Dəhlizin inkişafıölkəmizin Avrasiya məkanında mühüm nəqliyyat qovşağına çevrilməsinitəmin edir”.

S.Fətəliyevanın sözlərinə görə, Azərbaycanın xaricisiyasətində əsas prioritetlərdən biri də Cənubi Qafqazda davamlısülhün təmin olunmasıdır:

“Münaqişədən sonrakı dövrdə ölkəmiz Ermənistanla sülhmüqaviləsinin imzalanması, regionda kommunikasiyaların açılması vəiqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl mövqenümayiş etdirir. Son illərin təcrübəsi göstərir ki, birbaşa dialoqbəzən uzun müddət davam edən və nəticə verməyən vasitəçilikformatlarından daha effektiv ola bilər. Uzun illər ərzindəfəaliyyət göstərmiş bəzi vasitəçilik mexanizmləri münaqişəninhəllinə deyil, daha çox prosesin uzadılmasına gətirib çıxarmışdı.Lakin tərəflər arasında birbaşa danışıqların başlanması sülhprosesində real irəliləyiş üçün yeni imkanlar yaratdı. Regiondanəqliyyat əlaqələrinin bərpası, iqtisadi əməkdaşlığın inkişafı vəqarşılıqlı ticarətin genişlənməsi Cənubi Qafqazın gələcəkdəqarşıdurma məkanından əməkdaşlıq və inkişaf məkanına çevrilməsiüçün mühüm şərtlərdən biri hesab olunur”.

Millət vəkili əlavə edib ki, Azərbaycanın fəal və balanslıdiplomatiyası ölkəmizin beynəlxalq siyasi platformalarda rolununartmasına da şərait yaradır:

“Bu baxımdan Bakının iri beynəlxalq tədbirlərə ev sahibliyietməsi təsadüfi deyil. Belə tədbirlərdən biri olan Qlobal BakıForumu artıq illərdir ki, dünyanın müxtəlif ölkələrindən sabiq vəhazırkı dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatlarınnümayəndələrini, tanınmış siyasətçiləri və ekspertləri bir arayagətirən mühüm dialoq platformasına çevrilib. Forum çərçivəsindəbeynəlxalq təhlükəsizlik, qlobal idarəetmə sisteminintransformasiyası, enerji əməkdaşlığı, iqtisadi inteqrasiya vəregional münaqişələrin həlli kimi aktual məsələlər geniş müzakirəolunur. Forumun bu ilki mövzusu – keçid dövründə dünyada fikirayrılıqlarının aradan qaldırılması – müasir beynəlxalqmünasibətlərin əsas xüsusiyyətlərini əks etdirir. Doğrudan da dünyayeni geosiyasi mərhələyə daxil olur və dövlətlər arasındaəməkdaşlıq mexanizmlərinin yenidən formalaşması prosesi gedir. Beləşəraitdə siyasi liderlər, ekspertlər və beynəlxalq təşkilatlarınnümayəndələri arasında açıq və konstruktiv dialoqun təşkili xüsusiəhəmiyyət daşıyır”.

Deputatın fikrincə, eyni zamanda Azərbaycan mürəkkəbgeosiyasi regionda yerləşməsinə baxmayaraq daxili sabitliyi qoruyubsaxlayan, davamlı inkişaf modelini formalaşdıran ölkə kimitanınır:

“Ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələriqarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayırlar.Multikulturalizm və sivilizasiyalararası dialoq Azərbaycanın dövlətsiyasətinin mühüm istiqamətlərindən biridir. Bu model beynəlxalqictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir və ölkəmizinqlobal dialoq üçün etibarlı platforma kimi qəbul olunmasına töhfəverir”.

S.Fətəliyeva qeyd edib ki, bu gün Azərbaycan yalnız öz millimaraqlarını qoruyan dövlət kimi deyil, eyni zamanda regionalsabitliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafınatöhfə verən məsuliyyətli aktor kimi çıxış edir.

“Enerji və nəqliyyat layihələri, humanitar təşəbbüslər,diplomatik fəaliyyət və müxtəlif beynəlxalq platformalarda aktiviştirak Azərbaycanın qlobal miqyasda rolunun getdikcə artdığınıgöstərir. Müasir beynəlxalq münasibətlər sistemində məhz belədövlətlər dialoqun, əməkdaşlığın və qarşılıqlı etimadınmöhkəmlənməsinə real töhfə verə bilirlər”, - deyə o fikriniyekunlaşdırıb.

Chosen
31
2
az.trend.az

3Sources