EN

“Müctəba Xamenei şikəst vəziyyətə düşüb”

İranın yeni Ali Lideri Seyyid Müctəba Xamenei yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb.

Sitat.info BBC-yə istinadən xəbər verir ki, bu iddia ilə ABŞ-nin müdafiə naziri Pit Heqset brifinq zamanı çıxış edib. 

“Biz bilirik ki, İranın yeni, o qədər də ali olmayan lideri yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb”, - Peqset deyib.

Müctəba Xameneinin ötən gün yayımlanan bəyanatına toxunan amerikalı rəsmi onun videogörüntüsünün və ya səs yazısının olmamasını diqqətə çatdırıb: “Düşünürəm ki, siz bunların olmamasının səbəbini bilirsiniz”. 

Müdafiə naziri Müctəba Xameneinin qorxduğunu, qaçaq vəziyyətdə olduğunu və heç bir legitimliyinin olmadığını iddia edib. 

Chosen
1
1
sitat.info

2Sources