EN

Goranboyda maşın arakəsməyə çırpılıb, xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan Opel markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 1977-ci il təvəllüdü G.İbrahimova, 1960-cı il təvəllüdlü B.Həsənov və 2001-ci il təvəllüdlü L.Məhərrəmova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
57
1
apa.az

10Sources