EN

XIII Qlobal Bakı Forumu - Azərbaycan qlobal təhlükəsizliyə öz töhfələrini verir VİDEO

Bakı, 13 mart, AZƏRTAC

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumu olduqca əhəmiyyətlidir. Xüsusilə də, indiki şəraitdə - dünyada münaqişə və müharibələrin geniş vüsət aldığı bir vaxtda bu qlobal konfransın əhəmiyyəti ikiqat artır. Belə bir vaxtda XIII Qlobal Bakı Forumunda keçirilən sessiyalar parçalanmış mövcud mənzərənin müxtəlif sahələrdə - hərbi güc, iqtisadi məcburiyyət, enerji asılılığı, texnoloji imkanlar, informasiya nəzarəti və strateji təchizat marşrutlarında necə təzahür etdiyini araşdırır. Hər il olduğu kimi, bu il də Forumda yüksək iştirakçılıq nümayiş olunur. Burada dünyanın müxtəlif ölkələrindən nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Chosen
31
1
azertag.az

2Sources