EN

Aeroport və aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq

Bakı. Trend:

Yeni aeroport və aerodromların tikintisi, dəniz limanınınərazisinin artırılması zamanı torpaqların dövlət ehtiyacları üçünalınması mümkün olacaq.

Trend xəbər verir ki, bu, Prezident İlhamƏliyevin təsdiqlədiyi "Torpaqların dövlət ehtiyacları üçün alınmasıhaqqında" Qanunda edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının(aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və yayeni hava limanlarının (aeroportların) və (və ya) aerodromlarıninşası torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına əlavəediləcək.

Həmçinin, Mülki Məcəllədə edilən dəyişikliyə əsasən, dövlətehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət dənizlimanının ərazisinin artırılması, dövlət mülkiyyətində olan havalimanlarının (aeroportların) və (və ya) aerodromlarıngenişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və(və ya) aerodromların inşası məqsədi ilə də alınacaq.

Chosen
39
13
az.trend.az

3Sources