EN

Aeroport və aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq

Yeni aeroport və aerodromların tikintisi, dəniz limanının ərazisinin artırılması zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunda edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına əlavə ediləcək.

Həmçinin, Mülki Məcəllədə edilən dəyişikliyə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət dəniz limanının ərazisinin artırılması, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası məqsədi ilə də alınacaq.

Chosen
12
16
day.az

10Sources