EN

İşğaldan azad edilmiş ərazilərdə torpaq icarəsi müsabiqəsinin nəticələri bəlli olub

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi məqsədilə keçirilən II investisiya müsabiqəsinə yekun vurulub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, II İnvestisiya Komissiyasının iclasında müsabiqənin nəticələri təsdiqlənərək qaliblərin siyahısı müəyyənləşdirilib.

2025-ci ilin 15 dekabrında elan olunan və sənəd qəbulu fevralın 5-də yekunlaşan müsabiqəyə ümumilikdə 162 sahibkarlıq subyekti müraciət edib. Artıq müsabiqə iştirakçılarının hamısına nəticələrlə bağlı SMS vasitəsilə bildiriş göndərilib, qalib elan olunan sahibkarların məlumatlandırılması isə mərhələli şəkildə davam etdirilir.

Chosen
27
vergiler.az

1Sources