EN

Tramp: “İran rəsmilərini öldürmək böyük şərəfdir”

ain.az, Ayna portalına istinadən məlumat yayır.

"Onlar 47 ildir ki, dünyanın hər yerində günahsız insanları öldürürlər”

"İranın terrorçu rejiminin nümayəndələrini öldürmək əmri vermək prezident mənim üçün böyük şərəfdir”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial media hesabı “TruthSocial”da yazıb.

Ölkə liderinin sözlərinə görə, Amerika ordusu hazırda "İranın terrorçu rejimini tamamilə məhv edir" və ABŞ-ın qalib gəlmədiyini düşünmək səhvdir.

O qeyd edib ki, ABŞ İslam Respublikasının donanmasını, hava qüvvələrini, raketlərini, dronlarını və hətta İran liderlərini məhv edir: "Onlar 47 ildir ki, dünyanın hər yerində günahsız insanları öldürürlər və indi mən, ABŞ-ın 47-ci prezidenti olaraq, onları öldürürəm. Nə böyük şərəfdir!".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
66
ayna.az

1Sources