EN

Vətəndaş cəmiyyətinin nümayəndələri üçün məlumatlandırma sesssiyası təşkil olundu

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 13 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı və Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin tərəfdaşlığı ilə “Dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə strateji panel” mövzusunda məlumat sessiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ombudsman aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının və media qurumlarının nümayəndələri iştirak ediblər.

Ombudsman aparatının əməkdaşı Babək Hacıyev çıxış edərək dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu istiqamətdə həyata keçirilən fəaliyyətlər və təşəbbüslər barədə məlumat verib.

Sonra çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin sədri Esmira Tağıyeva görüşün əsas məqsədinin dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması və ictimai əhəmiyyət kəsb edən məsələlərin birgə müzakirəsi üçün səmərəli platforma yaratmaq olduğunu bildirib. Qeyd edib ki, bu cür görüşlər konstruktiv dialoqun inkişafına, tərəflər arasında əməkdaşlığın genişlənməsinə və ictimai maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
101
azertag.az

1Sources