EN

Vətəndaş ev aldı, tikinti dayandı Şirkətdən AÇIQLAMA

Milli.az saytına istinadən ain.az xəbər verir.

18 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil almaq istəyən vətəndaş binanın tikintisinin yarımçıq dayandırıldığını bildirir.

Milli.Az xəbər verir ki, şikayətçi Vüsal Əliyev "MM Park" MMC ilə mənzil alqı-satqısı müqaviləsi imzalayarkən binanın tikintisinin artıq üçüncü mərtəbəyə çatdığını deyib. Tikinti əvvəlcə normal davam etsə də, sonradan dayandırılıb və mənzil sahibi ödənişini etdiyi mənzili ala bilmir.

Şirkətin məsul şəxsi Şahlar Qurbanov bildirir ki, vətəndaşın narazılığı başa düşüləndir, amma tikintinin dayandırılmasının səbəbi digər amillərlə bağlıdır.

O əlavə edib ki, tikintiyə icazələr verilməsə, Vücal Əliyev məhkəməyə müraciət edərək ödənişini gecikmə faizi ilə birlikdə geri tələb edə bilər. 

Asya

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
78
4
news.milli.az

5Sources