EN

Obyektlərin qarşısının parklanma zonası olması sahibkarların narazılığına səbəb olubVİDEO

Bakının Nərimanov rayonunda Xətai prospekti boyunca yerləşən obyekt sahibləri aylardır alverlərinin zəifliyindən şikayətçidirlər. Bunun səbəbini isə obyektlərin qarşısında olan parklanma yerlərinin dolu olmasında görürlər.

Xezerxeber.az-ın məlumatına görə, sahibkarlar bu səbəblə ziyana düşdüklərini iddia edirlər.

Parklanma yerində isə daha çox sahibkarlar və ərazidə yaşayanlar avtomobilini park edə bilirlər.

Məsələ ilə bağlı AYNA-dan "Xəzər Xəbər"ə bildirildi ki, ərazidə layihənin icrasından sonra Xətai prospekti boyunca parklanma yerləri ləğv olunmayıb, saxlanılıb. Şikayət isə əsassızdır.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, proses beynəlxalq təcrübəyə uyğun tənzimlənib.

Bəzi ekspertlərin fikrincə isə, şəhər küçələrində yol kənarı parklanma yerləri ictimai istifadə üçün nəzərdə tutulur və konkret sahibkarlıq obyektinə məxsus hesab edilmir. Lakin parklanma yerlərinin uzun müddət tutulması nəticəsində müştərilərin obyektlərə çıxışında çətinlik yaranırsa, həmin ərazidə parklanma rejiminin dəyişdirilməsi və qısa müddətli dayanma zonalarının yaradılması mümkündür. Bu kimi hallarda sahibkarların Yerüstü Nəqliyyat Agentliyinə rəsmi müraciəti əsasında parklanma müddətinə məhdudiyyət qoyulması və ya yeni park yerlərinin təşkili məsələsi araşdırıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
21
xezerxeber.az

1Sources