EN

İran zəifləsə, Ermənistanın taleyi necə olacaq? AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın regionda zəifləməsi Ermənistanın geosiyasi əhəmiyyətini itirməsinə və onun xarici siyasətində ciddi dəyişikliklərə yol aça bilər. Ermənistan indiyədək İran vasitəsilə Avropa və Hindistan arasında koridor rolu oynamağa çalışsa da, bu təsirin azalması həmin strateji mövqeyi zəiflədir. Eyni zamanda, İranın zəifləməsi Ermənistanın Türkiyə və Azərbaycan arasında "ayırıcı xətt" kimi çıxış etməsinə mane olur. Bu vəziyyət Ermənistanı Rusiya və İranın əlində "oyuncaq" olmaqdan xilas edərək, onu müstəqil qərarlar verməyə sövq edə bilər. Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, indiki halda İranın zəifləməsi Ermənistan üçün çox xüsusi əhəmiyyət kəsb edə biləcək:“Belə bir təsir Ermənistanın geosiyasi mövqeyini zəiflədəcək. Belə ki, Ermənistan Avropa, İran və Hindistan arasında koridor rolu oynamağa çalışırdı. Ermənistan Azərbaycanla Türkiyə arasında bir ayırıcı xətt idi. Türkiyənin Mərkəzi Asiya ilə, Türküstanla, Azərbaycan, Türkiyə və Avropa ilə birləşməsinə mane olurdu. Bu, aradan götürülə bilər ki, İran zəifləyərsə, Ermənistan bu əhəmiyyətli mövqeyini itirə bilər. Digər tərəfdən isə Ermənistanın hakimiyyətinin indiki mövqeyi ondan ibarətdir ki, o faktiki olaraq Azərbaycan və Türkiyə ilə əməkdaşlığa getmək istəyir. Yəni İran və Rusiyanın təsirinin azalması bu iki ölkə arasında Ermənistanın oyuncaq olmaqdan xilas olmasını istəyir. Belə olan halda, əslində elə bəlkə Paşinyan hakimiyyətinə kömək edə bilər. Bu zaman məhz Ermənistan-İran xəttinin dağılması məcbur edə bilər ki, Ermənistan ictimaiyyəti anlasın ki, yeganə həll yolu Qafqazda sülh və əmin-amanlıq yaşamağın yeganə yolu Azərbaycanla, Türkiyə ilə normal münasibətlər qurub yaşamaqdır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
86
demokrat.az

1Sources