EN

Hansı rayonda nə qədər eşşək var? Siyahı

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 10 min 311 baş eşşək mövcud olub.

Yeniavaz.com xəbər verir ki, ötən bir il ərzində eşşəklərin sayı 18,9% və ya 2 min 398 baş azalıb.

Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. 2008–2026-cı illərdə Azərbaycanda eşşəklərin sayı 4,6 dəfə azalaraq 47,2 mindən 10,3 min başa düşüb. Qeyd edək ki, son 19 ildə eşşəklərin sayı hər il orta hesabla 2-3 min baş azalır.

2008–2026-cı illərdə Azərbaycanda eşşəklərin sayı aşağıdakı kimi olub:

1 yanvar 2008-ci il – 47,2 min baş

1 yanvar 2009-cu il – 46,4 min baş

1 yanvar 2010-cu il – 46,0 min baş

1 yanvar 2011-ci il – 46,1 min baş

1 yanvar 2012-ci il – 45,9 min baş

1 yanvar 2013-cü il – 44,3 min baş

1 yanvar 2014-cü il – 43,4 min baş

1 yanvar 2015-ci il – 40,0 min baş

1 yanvar 2016-cı il – 35,8 min baş

1 yanvar 2017-ci il – 34,1 min baş

1 yanvar 2018-ci il – 30,9 min baş

1 yanvar 2019-cu il – 28,0 min baş

1 yanvar 2020-ci il – 25,8 min baş

1 yanvar 2021-ci il – 23,4 min baş

1 yanvar 2022-ci il – 21,05 min baş

1 yanvar 2023-cü il – 20,02 min baş

1 yanvar 2024-cü il – 14,92 min baş

1 yanvar 2025-ci il – 12,7 min baş

1 yanvar 2026-cı il – 10,3 min baş

Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycanda ən çox eşşək Quba rayonunda qeydə alınıb. Bu ilin əvvəlində Quba rayonunda 778 baş eşşək mövcud olub. Ən az eşşək isə Xocavənd rayonunda qeydə alınıb – cəmi 2 baş.

Onu da bildirək ki, son bir ildə eşşəklərin sayı ən çox Lerik rayonunda azalıb. Belə ki, 2025-ci ildə Lerikdə eşşəklərin sayı 513 baş azalaraq 627-ə düşüb. Bundan başqa, Şəmkir rayonunda eşşəklərin sayı 513 baş, Ağstafa rayonunda isə 387 baş azalıb. Ən çox artım isə Qazax rayonunda qeydə alınıb. Son bir ildə Qazaxda eşşəklərin sayı 146 baş artaraq 585-ə yüksəlib.

Ötən il Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı aşağıdakı kimi olub:

Quba rayonu – 778 baş

Lerik rayonu – 627 baş

Qazax rayonu – 585 baş

Samux rayonu – 483 baş

Şəmkir rayonu – 475 baş

Yardımlı rayonu – 422 baş

Tovuz rayonu – 417 baş

Astara rayonu – 413 baş

Ağstafa rayonu – 405 baş

Cəlilabad rayonu – 337 baş

Goranboy rayonu – 308 baş

Xaçmaz rayonu – 284 baş

Şəki rayonu – 263 baş

Hacıqabul rayonu – 255 baş

Sabirabad rayonu – 254 baş

Kəngərli rayonu – 224 baş

Gədəbəy rayonu – 212 baş

Şərur rayonu – 208 baş

Göygöl rayonu – 199 baş

Babək rayonu – 191 baş

Siyəzən rayonu – 189 baş

Daşkəsən rayonu – 182 baş

Şamaxı rayonu – 181 baş

İsmayıllı rayonu – 175 baş

Şahbuz rayonu – 171 baş

Neftçala rayonu – 171 baş

Şabran rayonu – 153 baş

Ağdam rayonu – 152 baş

Füzuli rayonu – 143 baş

Oğuz rayonu – 134 baş

Bərdə rayonu – 121 baş

Qobustan rayonu – 92 baş

Tərtər rayonu – 91 baş

Salyan rayonu – 83 baş

Culfa rayonu – 73 baş

Ağcabədi rayonu – 70 baş

Ağdaş rayonu – 67 baş

Qəbələ rayonu – 60 baş

Xızı rayonu – 58 baş

Ordubad rayonu – 57 baş

Ağsu rayonu – 57 baş

Yevlax rayonu – 57 baş

Laçın rayonu – 54 baş

Sədərək rayonu – 48 baş

Kürdəmir rayonu – 46 baş

Zərdab rayonu – 43 baş

Masallı rayonu – 39 baş

Qax rayonu – 35 baş

Qusar rayonu – 30 baş

Lənkəran rayonu – 24 baş

Sabunçu rayonu – 22 baş

Saatlı rayonu – 18 baş

İmişli rayonu – 12 baş

Cəbrayıl rayonu – 12 baş

Ağdərə rayonu – 11 baş

Naxçıvan şəhəri – 10 baş

Abşeron rayonu – 6 baş

Naftalan şəhəri – 5 baş

Beyləqan rayonu – 5 baş

Biləsuvar rayonu – 5 baş

Zəngilan rayonu – 4 baş

Göyçay rayonu – 3 baş

Xocavənd rayonu – 2 başElnur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
107
yeniavaz.com

1Sources