EN

ABŞ Konqresindən Ermənistan üçün maliyyə çağırışı

ABŞ Konqresinin 45-dən çox üzvü Dövlət Departamentinə müraciət edərək, Ermənistanın ərazi bütövlüyünü və suverenliyini qorumağa yönəlmiş maliyyə dəstəyi ayırmağı tələb edib.

Musavat.com Emənistan mediasına istinadən xəbər verir ki, məktubda ABŞ ilə Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi də vurğulanıb.

Məktubda guya Azərbaycanın Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki qeyri-sabit vəziyyətdən yararlanaraq, Ermənistan üzərində hərbi üstünlük əldə etməyə çalışa bilməsi ilə bağlı iddia da yer alıb. Bu “potensial təhlükənin” qarşısını almaq üçün ən azı 30 milyon ABŞ dolları məbləğində maliyyənin ayrılması vacib hesab olunur.

Daha əvvəl ABŞ və digər beynəlxalq təşkilatların göstərdiyi yardımın yetərli olmadığı vurğulanır və Qarabağı könüllü tərk edən erməni əsilli ailələrin dəstəklənməsi üçün ən azı 100 milyon dollar ayrılmasının zəruri olduğu bildirilir.

Nigar Həsənli
Musavat.com

Chosen
49
musavat.com

1Sources