EN

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Bakı. Trend:

Azərbaycan və Qara Dəniz Ticarət və İnkişaf Bankı arasındaəməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Trend bu barədəİqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin müavini Anar Axundov QaraDəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyevləgörüşüb.

Görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları, o cümlədənQara Dəniz Ticarət və İnkişaf Bankı ilə səmərəli əməkdaşlığınıniqtisadi inkişafda rolu vurğulanıb. Qeyd olunub ki, biznesinmaliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsiistiqamətində Bankın Azərbaycanın özəl bankları ilə tərəfdaşlığısahibkarlığın dəstəklənməsinə və investisiya imkanlarınınartırılmasına xidmət edir.

Görüş zamanı Azərbaycanın strateji inkişaf prioritetlərihaqqında məlumat verilib, Bankla tərəfdaşlığın genişləndirilməsipotensialı diqqətə çatdırılıb.

Tərəflər Azərbaycanda həyata keçirilən prioritet layihələr, ocümlədən dövlət-özəl tərəfdaşlığı layihələri, sənaye zonaları,kiçik və orta sahibkarlığa dəstək istiqamətində birgə fəaliyyətperspektivləri barədə müzakirə aparıblar.

Chosen
80
7
az.trend.az

8Sources