EN

Lukaşenkodan Ukrayna və NATO-ya xəbərdarlıq: “Belarusa qarışmayın ki, ‘Oreşnik’ işə düşməsin”

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna və NATO ölkələrini Belarusa qarşı hər hansı addım atmamağa çağıraraq sərt açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Belarus liderinin sözlərini Belarus Teleqraf Agentliyi yayıb. Lukaşenko bildirib ki, Belarus sabah “Oreşnik” adlı silahdan Vilnüsə, Varşavaya və ya Kiyevə zərbə endirməyi planlaşdırmır.

“Demirəm ki, sabah bu ‘Oreşnik’lə Vilnüsə, Varşavaya və ya Kiyevə zərbə endirəcəyik. Allah eləməsin. Bu bizim vəzifəmiz deyil. Biz sadəcə ölkəmizi qorumalıyıq. Amma ‘Oreşnik’in işə düşməsini istəmirsinizsə, Belarusa qarışmayın. Nə Ukraynadan, nə Polşadan, nə Litvadan, nə də Latviyadan. Gəlin məsələləri insani şəkildə həll edək”, – deyə o bildirib.

Lukaşenko vurğulayıb ki, bu sözləri ilə heç kimə hədə-qorxu gəlmir. Onun sözlərinə görə, əgər Belarus ərazisindəki obyektlər “qanuni hədəf” hesab edilərsə, Minsk buna cavabsız qalmayacaq.

“Onlar Belarus ərazisindəki obyektləri qanuni hədəf sayacaqlarsa, mən oturub bunu seyr etməyəcəyəm. 70 kilometr də, 200 kilometr də vura bilərik. Bizim çatacaq vasitələrimiz var. Ona görə də onlara məsləhət görərdim ki, boş-boş danışmasınlar. Əgər ‘Oreşnik’i qanuni hədəf hesab edirlərsə, buyursunlar”, – deyə Belarus prezidenti qeyd edib.

Sara
NOCOMMENT.az

Chosen
90
nocomment.az

1Sources