EN

Arıqlama iynələri sizi şikəst qoya bilər AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Arıqlamaq məqsədilə istifadə olunan bəzi məşhur dərmanların mümkün yan təsirləri ilə bağlı müzakirələr genişlənib. Bildirilir ki, bu preparatların uzunmüddətli istifadəsi bəzi hallarda sümük və vətər problemləri riskini artıra bilər. Belə təsirlərin yaranma mexanizmi və risk qrupları barədə məlumatlı olmaq xüsusilə vacibdir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən dietoloq Aişə Məmmədova bildirib ki, arıqlamaq məqsədilə istifadə olunan bəzi məşhur dərmanlar, xüsusilə iştahanı azaldan və maddələr mübadiləsinə təsir edən preparatlar, müəyyən hallarda sümük və vətər sağlamlığı ilə bağlı riskləri artıra bilər. "Bu dərmanların əsas təsir mexanizmi iştahanı azaltmaq, mədə boşalmasını ləngitmək və qida qəbulunu məhdudlaşdırmaqdır. Nəticədə insan daha az kalori qəbul edir və sürətli çəki itkisi baş verir ki, bu da bəzən orqanizmdə qida maddələrinin balansına təsir göstərə bilər. Sürətli və kəskin çəki itkisi zamanı bədən yalnız piy kütləsini deyil, müəyyən qədər əzələ kütləsini də itirə bilər. Əzələ kütləsinin azalması isə vətərlərə və oynaqlara düşən yükün paylanmasına təsir edir və bəzi hallarda vətərlərin zəifləməsinə səbəb ola bilər. Eyni zamanda qida qəbulunun azalması fonunda kalsium, D vitamini və zülal kimi sümük sağlamlığı üçün vacib maddələrin kifayət qədər qəbul edilməməsi sümük sıxlığının azalmasına gətirib çıxara bilər".Dietoloq bildirib ki, bəzi hallarda bu preparatlar metabolik və hormonal proseslərə təsir edərək sümük toxumasının yenilənmə prosesinə də dolayı təsir göstərə bilər. "Bu isə uzunmüddətli istifadə zamanı sümük kövrəkliyinin artmasına, oynaqlarda narahatlıqlara və vətərlərdə zəifliyə səbəb ola bilər. Lakin qeyd etmək vacibdir ki, bu risklər hər kəsdə eyni şəkildə müşahidə olunmur və daha çox nəzarətsiz və düzgün qidalanma ilə müşayiət olunmayan arıqlama prosesində ortaya çıxa bilər. Bu risklərin qarşısını almaq üçün arıqlama dərmanlarının mütləq həkim nəzarəti ilə istifadə olunması vacibdir. Eyni zamanda qidalanma rasionunda zülal, kalsium və D vitamini kimi maddələrin kifayət qədər yer almasına diqqət yetirilməli, müntəzəm fiziki aktivlik, xüsusilə əzələ və sümük gücləndirən məşqlər həyat tərzinə daxil edilməlidir. Balanslı qidalanma və nəzarətli arıqlama yanaşması həm çəki itkisini sağlam şəkildə təmin edir, həm də sümük və vətər sağlamlığının qorunmasına kömək edir".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
demokrat.az

1Sources