EN

Aİ ABŞ-ın Rusiya nefti ilə bağlı qərarından narahatdır

Aİ ABŞ-ın Rusiya nefti ilə bağlı qərarından narahatdır

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta ABŞ-ın dənizdə qalmış Rusiya neftinin alınmasına müvəqqəti icazə vermək qərarının narahatlıq doğurduğunu bildirib.

AFN.az xəbər verir ki, Kosta "X" sosial media platforması vasitəsilə Vaşinqtonun Rusiya neft ixracına dair addımını şərh edib.

O, ABŞ-ın Rusiya neft ixracına qarşı sanksiyaları birtərəfli qaydada ləğv etmək qərarının Avropanın təhlükəsizliyinə təsir etdiyini və bu səbəbdən də son dərəcə narahat olduğunu ifadə edib. Kosta Ukraynada ədalətli və qalıcı sülhün bərqərar olması üçün Rusiya üzərindəki iqtisadi təzyiqin artırılmasının vacibliyinə işarə edib.

Aİ rəsmisi sanksiyaların zəiflədilməsinin Rusiyanın Ukraynaya qarşı hücumlarını davam etdirməsi üçün ehtiyac duyduğu resursları artıracağını vurğulayıb. Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Skott Bessent qlobal neft tədarükünü artırmaq məqsədilə dənizdə blokada şəraitində qalmış Rusiya neftinin alınmasına müvəqqəti icazə verildiyini bəyan etmişdi.

ABŞ Maliyyə Nazirliyinin yayımladığı ümumi lisenziyaya əsasən, sanksiyalar çərçivəsində qadağan olunmuş Rusiya mənşəli neft və ya neft məhsullarının satışı və çatdırılmasına, bu məhsulların 12 mart tarixinə qədər gəmiyə yüklənməsi şərti ilə aprelin 11-nə qədər icazə verilib.

Chosen
108
afn.az

1Sources