EN

Elm və Təhsil Nazirliyindən 7.8 milyon manatlıq nəhəng satınalma

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri üçün irimiqyaslı mal-material alışı həyata keçirir.

NOCOMMENT.az xəbər verir ki, tədrisin və təsərrüfat işlərinin təşkili üçün nəzərdə tutulan bu satınalmanın ehtimal olunan qiyməti 7.867.307,43 AZN təşkil edir.

Nəhəng büdcəli bu satınalma çərçivəsində təhsil müəssisələri üçün çoxşaxəli ləvazimatların alışı nəzərdə tutulub. Sifariş olunan mallar arasında dövlət atributları xüsusi yer tutur. Belə ki, sinif otaqları üçün Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin portretləri, həmçinin Azərbaycan və Qırğızıstanın müxtəlif ölçülü, yüksək keyfiyyətli (A kateqoriyalı) bayraqları alınacaq.

Təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə yüzlərlə sayda “Çıxış”, “Siqaret çəkmək qadağandır” və “Təhlükə” nişanlarının tədarükü planlaşdırılır. Bundan əlavə, şagirdlərin məntiqi inkişafı üçün minlərlə 2D və 3D oyun fiqurları, habelə təhsil müəssisələrinin mətbəx və təsərrüfat ehtiyaclarını qarşılamaq üçün iri həcmli alüminium qazanlar, ləyənlər və digər məişət avadanlıqları da satınalma siyahısına daxil edilib. /32gun.az/

Chosen
78
nocomment.az

1Sources