“Arxamca danışanlar tələsməsinlər, yaydan artıq bir yerdə işləyəcəm”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 24-cü turunda “Sumqayıt”la oyundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis yerli məşqçilərə şans verilməsinin vacibliyini vurğulayıb:

“Özümüz özümüzə dəstək vermədikcə heç nə düzəlməyəcək. 

Adlı-sanlı məşqçilər yerliləri qınayır, onların yerinə göz dikirlər. Nə vaxt klub rəhbərləri yerli məşqçilərin arxasında duracaq, onda işləmək mümkündür. Ancaq indi klub rəhbərlərinin 90 faizi yerli məşqçilərin arxasında dayanmır.

Bir çox klub rəhbəri artıq getməlidir. Nəticə qazanmayanda onları da sorğu-sual etmək lazımdır. Nə qədər məşqçi dəyişmək olar?".