EN

“5 gündür yoxa çıxıb” – İsrail milli təhlükəsizlik naziri haradadır?

İsraildə milli təhlükəsizlik naziri İtamar Ben Qvirlə bağlı diqqətçəkən iddia səsləndirilib.

Musavat.com xəbər verir ki, israilli jurnalist Moşe Kohen nazirin artıq bir neçə gündür ictimaiyyət qarşısında görünmədiyini bildirib.

Jurnalistin sözlərinə görə, beş gündür Ben Qvir ortalıqda görünmür və onun harada olduğu barədə rəsmi məlumat verilməyib. Kohen qeyd edib ki, bu müddət ərzində nazirin ofisinə müsahibə üçün müraciət edilsə də, heç bir cavab alınmayıb.

Daha sonra jurnalist Ben Qvirin mətbuat xidməti ilə əlaqə saxladığını deyib. Qurumdan verilən cavabda bildirilib ki, nazir hazırda müharibə ilə bağlı dövlət işləri ilə məşğuldur və bu səbəbdən müsahibə verə bilməyəcək.

Buna baxmayaraq, Moşe Kohen vurğulayıb ki, Ben Qvir artıq beş gündür ictimaiyyət qarşısında görünmür və bu vəziyyət İsrail mediasında müxtəlif suallar doğurmağa başlayıb.

 

Musavat.com

Chosen
4
3
musavat.com

4Sources