EN

Müharibənin 15 ci günü: ABŞ İranın strateji Xark adasını bombaladı

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ və İsrailin 28 fevralda İrana hücumu ilə başlayan müharibə 15-ci gününə daxil olub.

Sherg.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ordunun İranın neft ixracının böyük hissəsinin həyata keçirildiyi Xark adasına güclü bombardman endirdiyini açıqlayıb.

Məlumata görə, İran neft ixracının təxminən 90 faizini Fars körfəzində yerləşən bu strateji ada vasitəsilə həyata keçirirdi. Eyni zamanda İran İsrailə qarşı yeni raket hücumları başladıb, bölgədə gərginlik daha da artıb.

Digər xəbərlərə görə, "The Wall Street Journal" Səudiyyə Ərəbistanındakı ABŞ bazasında yerləşən 5 yanacaq doldurma təyyarəsinin vurulduğunu yazıb. Regionda qarşılıqlı hücumlar davam edir və müharibənin daha da genişlənə biləcəyi ehtimal olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
sherg.az

1Sources