EN

ABŞ TikTok razılaşmasına görə investorlardan 10 milyard dollar alacaq

Bakı. Trend:

ABŞ administrasiyası "TikTok"un ABŞ-də fəaliyyətini davametdirməsi ilə bağlı Çinlə əldə olunmuş razılaşmaya görəinvestorlardan təxminən 10 milyard dollar ödəniş alacaq.

Trend xəbər verirki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, yanvar ayında ABŞ və Çin "TikTok"un Amerikabölməsinin xüsusi olaraq yaradılmış konsorsiuma – "Silver Lake","Oracle", BƏƏ-də yerləşən "MGX" və digər investorlara satılmasıbarədə razılığa gəlib. Razılaşmadan sonra investorlar ABŞ MaliyyəNazirliyinə təxminən 2,5 milyard dollar ödəyiblər.

Müqavilənin şərtlərinə əsasən, onlar daha bir neçə beləəməliyyat həyata keçirəcəklər və nəticədə ödənişlərin ümumi məbləği10 milyard dollara çatacaq.

Qəzet qeyd edir ki, bu, hökumətin razılaşmanın təşkilindəgöstərdiyi yardım üçün misli görünməmiş dərəcədə yüksək ödənişdir.ABŞ rəsmiləri isə bildirirlər ki, bu məbləğ ABŞ Prezidenti DonaldTrampın "TikTok"un ABŞ üçün qorunub saxlanılmasında və bu məsələilə bağlı Pekinlə danışıqlarda oynadığı rol ilə izah olunur.

Chosen
98
az.trend.az

1Sources