EN

Azərbaycan neftinin qiymətində yeni artım: Gündən-günə baha satılır

“Azeri Light” markalı neftimizin 1 barelinin qiyməti 109,10 dollar təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, bu, 3,52 ABŞ dolları və ya 3,3 % artım deməkdir.

Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,61 ABŞ dolları və ya 3,6 % artaraq 105,24 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Chosen
47
49
nocomment.az

10Sources