EN

Kiyev vilayəti zərbələrə məruz qalıb, ölənlər və yaralananlar var

ain.az bildirir, Moderator.az portalına istinadən.

Martın 14-nə keçən gecə Rusiya qoşunlarının Ukraynanın Kiyev vilayətinə raket və dron hücumu nəticəsində azı iki nəfər ölüb, daha səkkiz nəfər yaralanıb.

Moderator.az bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən xəbər verir.

"Təəssüf ki, Brovarı rayonunda iki nəfər həlak olub. Yataqxana binası, istehsalat və anbar binaları zədələnib", - Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik öz "Telegram" kanalında yazıb.

O dəqiqləşdirib ki, hücumun fəsadları həmçinin paytaxtın Obuxov rayonunda da qeydə alınıb, orada çoxmərtəbəli binanın texniki otağı zədələnib, yaxınlığında isə avtomobillər yanıb.

Brovarı meri İqor Sapojko, öz növbəsində, bildirib ki, raket atəşi nəticəsində səkkiz nəfər xəsarət alıb, onlar yerli xəstəxanaya yerləşdiriliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
5
moderator.az

6Sources