Bakı.Trend:
Dünya genişmiqyaslı mənzil böhranı ilə üz-üzədir və məhzşəhərlər bu çağırışların mərkəzində dayanır.
Trend xəbər verirki, bu barədə bu gün BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat)icraçı direktoru Anaklaudiya Rossbax BMT-nin Ümumdünya ŞəhərsalmaForumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş brifinq zamanıdeyib.
“Bu gün dünyada təxminən 300 milyon insan evsizdir, 1 milyarddançox insan isə təmiz suya, əsas infrastruktura, səhiyyə və təhsilxidmətlərinə çıxışı olmayan qeyri-rəsmi məskənlərdə və yagecəqondularda yaşayır. Onların bir çoxu yüksək riskli ərazilərdəyaşayır və iqlim dəyişikliklərinin nəticələri ilə ilk üzləşənlər dəməhz onlardır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, dünya əhalisinin demək olar ki, yarısı –təxminən 3 milyard insan – yararsız mənzil şəraitində yaşayır.
Proqnozlara əsasən, yaxın onilliklərdə daha 2 milyarda yaxıninsan şəhərlərə köçəcək. Nəticədə, dünyada urbanizasiya səviyyəsi70 faizə çatacaq ki, bu da xüsusilə Afrika və Cənub-Şərqi Asiyaölkələrində infrastruktura əlavə yük yaradacaq.
O vurğulayıb ki, təhlükəsiz və əlçatan mənzillə təminat BMT-nin2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının əsasşərtlərindən biridir.
“Bu gün əsas vəzifə artmaqda olan şəhər əhalisini təhlükəsiz vəlayiqli mənzillə təmin etməkdir”, – deyə Rossbax əlavə edib.