ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"Qarabağ"ın Mali millisinin üzvü Mustafa Sanqare ilə maraqlandığı barədə daha əvvəl məlumat vermişdik. Sport24.az bu mümkün transferlə bağlı yeni informasiya əldə edib. Məlumata görə, hücumçunun müqavilə ilə məxsus olduğu Bolqarıstanın "Levski" klubu futbolçunun satışından ciddi gəlir əldə etməyi planlaşdırır.Sofiya təmsilçisi 27 yaşlı forvard üçün nə az, nə çox 4 milyon avro tələb edir. Klub rəhbərliyi oyunçuya olan marağın çoxluğunu nəzərə alaraq bu qiyməti müəyyənləşdirib.Böyük ehtimalla "Levski" Azərbaycan çempionu "Qarabağ"ın son illər avrokuboklardakı uğurlu çıxışını da nəzərə alaraq bu məbləği ödəyə biləcəyini düşünür.Qeyd edək ki, Mustafa Sanqare cari mövsüm çempionatda 20 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Levski" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Sofiya klubu hazırda 59 xalla turnir cədvəlinin lideridir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.