EN

Portuqaliyalı müdafiəçi “Fənərbaxça”nın hədəfində

"Fənərbaxça" yeni mövsüm üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Union Berlin"də çıxış edən Dioqu Leytedir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Portuqaliyalı futbolçunun Almaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Fənərbaxça" yayda azad agent statusunda olacaq 27 yaşlı mərkəz müdafiəçisi ilə indidən danışıqlara başlayıb və ona 3+1 illik müqavilə təklif edib.

Qeyd edək ki, "Union Berlin" Dioqu Leyteni 2023-cü ilin yayında "Portu"dan 7 milyon avroya transfer edib. Təcrübəli müdafiəçi cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.

“Çelsi” kapitanı ilə bağlı qərarını verdi - 6 illik müqavilə imzalandı

“Fənər”in futbolçusu ölkəsinə qayıda bilər

Almaniya millisinin üzvü Premyer Liqaya qayıdır?

"Tottenhem" fransalı hücumçu ilə bağlı qərarını verib

"Tottenhem"in futbolçusu İspaniya yolunda

Chosen
26
1
apasport.az

3Sources