EN

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Efiopiyaya başsağlığı verib.

APA xəbər verir ki bu barədə XİN-in sosial media hesablarında paylaşım edilib.

Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınları nəticəsində baş verən faciəvi insan itkisi və çoxsaylı xəsarətlərdən dərin kədər hissi keçiririk.

Yaxınlarını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir və bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralılara tez və tam sağalmalarını arzulayırıq”, - paylaşımda qeyd edilib.

Chosen
37
8
apa.az

10Sources