EN

Daha bir ölkə İrana ballistik raketlərlə hücum etdi

Bəhreyn ərazisindən İrana ballistik raketlər atılıb.

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb. 

 

KİV bildirir ki, bu, ötən ay müharibə başlayandan bəri İslam Respublikasına qarşı birbaşa Fars körfəzi ölkəsindən hücumun ilk məlum nümunəsidir.

Atışı ABŞ və ya Bəhreyn qüvvələrinin təşəbbüs edib-etmədiyi məlum deyil. NYT ekspertləri ən azı bir raketin ABŞ-nin M142 HIMARS çoxnövlü raket sistemindən buraxıldığını aydınlaşdırır. Qəzet qeyd edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması Bəhreyndə yerləşir.

Gülayə Mecid

Chosen
24
21
unikal.az

10Sources