EN

Tanış olduğu qızı evə gətirdi -

Göygöl rayonunda atasına qarşı xuliqanlıq hərəkətləri etmiş gənc həbs olunub.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Göygöl şəhərinin S.Hacıyev küçəsində baş verib.

2005-ci il təvəllüdlü T.Əliyev (şərti) gecə saat 24:00 radələrində uca səslə səs-küy salıb söyüş söydüyünə və atasını döydüyünə görə inzibati məsuliyyətə cəlb edilib. Polis əməkdaşları tərəfindən saxlanılan gənc barəsində protokol tərtib olunub.

Məlum olub ki, T.Əliyev həmin gecə xanım tanışı ilə kafedə məclisdə iştirak edib. O, daha sonra sərxoş halda qızla birgə yaşadığı evə gəlib. T.Əliyev atasına həmin qızın qalmağa yerinin olmadığını deyib və onlarda gecələyəcəyini bildirib.

Bu zaman atası ona etiraz edib və aralarında münaqişə yaranıb. Münaqişə zamanı həm oğul, həm də atası xəsarətlər alıb.

Protokola Göygöl Rayon Məhkəməsində baxılıb və müvafiq qərarla 21 yaşlı oğlan 10 sutkalıq həbs edilib.

Chosen
3
6
metbuat.az

7Sources