EN

"Dünyanın ən gözəl qızı" onunla evlənir - FOTOLAR

6 yaşında "Vogue Enfants" jurnalının üz qabığı ilə məşhurlaşan fransız model Tilan Blondo evlənir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, model tətilə getdiyi Yunanıstanda aktyor sevgilisi Benjamin Attal tərəfindən evlilik təklifi alıb. Blondo təklifə "Hə" cavabını verib. 

Gənc modelin təxminən 34.000 funt sterlinq dəyərində nişan üzüyü diqqətdən yayınmayıb. 

Tilan Blondo ilk dəfə 2006-cı ildə 6 yaşında "Vogue Enfants" jurnalının üz qabığında göründüyü zaman diqqət çəkib və daha sonra "dünyanın ən gözəl qızı" kimi tanınıb. İllər ərzində Blondo modellik karyerasını davam etdirib və beynəlxalq brendlərlə işləyir.

Chosen
3
unikal.az

1Sources