Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən piyada keçidi düz ağaclığın içərisinə çıxır. Avtomobillərin intensiv hərəkətdə olduğu bu ərazidə yolu keçmək piyadaların həyatı üçün ciddi təhlükə yaradır”.
Bu iddia ilə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, keçidi keçəndən sonra heç bir səki, yol qoyulmayıb, nəticədə vətəndaşlar təhlükə ilə üz-üzə qalırlar. Xüsusən uşaq və ya təkərli oturacaqla zolağı keçmək mümkün deyil.
Şikayətçilər daha əvvəl də aidiyyəti qurumlara müraciət olunduğunu, lakin problemin həllini tapmadığını deyirlər: “Sadəcə zolağı rəngləməklə kifayətləniblər”.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, əraziyə yerində baxış keçirilib və müvafiq tədbir görüləcək.
Gülnar Əliyeva


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.